Ələt-Astara yolunda qəza: sürücü xəsarət aldı

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 58-ci km-də rayon sakinlərinin idarə etdikləri iki minik maşını-“VAZ-2102” və “Dacia Logan” qarşı-qarşıya toqquşub.
Məlumata görə, toqquşma nəticəsində “VAZ-2102”nin sürücüsü , 33 yaşlı Seyidsadıqlı kənd sakini Elməddin Fəxrəddin oğlu Rzayev bədən xəsarəti aldığı üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Virtualaz.org)


XƏBƏR LENTİ
2025/11/19 14:22

