Şamaxı yolunda qəza – Avtomobil aşdı – FOTO
Bakı-Şamaxı yolunda avtomobil qəzası baş verib.
Minval.İnfo xəbər verir ki, qəzaya səbəb yolun buz bağlaması olub. İlkin məlumata görə, hərəkətdə olan avtomobillərdən birinin yol buzlu olduğu üçün əyləc sistemi işləməyib. Nəticədə sürücü idarəni itirib və qəza baş verib.
Hadisə nəticəsində avtomobillərdən biri aşıb, digərləri yüngül zədə alıb.
Ölü və ya yaralının olması haqqında məlumat yoxdur. Hadisənin detalları haqqında məlumat verəcəyik.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


