Şamaxıda ağır qəza: Ölən və yaralanan var – FOTO

Şamaxı-Pirqulu avtomobil yolunun Əngəxaran kəndi yaxınlığında yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü, 1991-cü il təvəllüdlü Şamaxı şəhər sakini Poladov İlham Polad oğlu hadisə yerində dünyasını dəyişib.
Digər avtomobilin sürücüsü, Şamaxı rayon Zarat-Xeybəri kənd sakini, 1948-ci il təvəllüdlü İmaməliyev Bahadur Məhərrəm oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.
Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Minval.İnfo

XƏBƏR LENTİ
2025/11/19 14:22

