Samir Şərifovun birinci müavini vəfat etdi
Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gecə uzunsürən xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, İlqar Fətizadə 1956-cı il sentyabrın 30-da anadan olub.
1992-ci ilin aprelində maliyyə nazirinin müavini, dekabrında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
1999-cu ildən maliyyə nazirinin birinci müavini idi.
Allah rəhmət eləsin!
XƏBƏR LENTİ
2025/11/19 14:22

