Samsung şirkəti yeni smartfonlarını təqdim edib – VİDEO
Cənubi Koreya şirkəti 2018-ci ildə satışa çıxarılacaq yeni Samsung “Galaxy S9” və “Galaxy S9+” smartfonunu təqdim edib.
Minval.İnfo xəbər verir ki, Təqdimat Beynəlxalq mobil konqresində Barselona şəhərində keçirilib. Verilən məlumata əsasən, yeni telefonlar əvvəlki modellərdən yaddaş və ekran ölçülərinə görə, fərqlənəcək.
Belə ki, S9 5,8 düyüm ekran ölçüsünə, 4 qiqabayt operativ, 64 qiqabay əlavə yaddaşa, S9+ modeli isə 6,2 düyüm ekran ölçüsünə, 6 qiqabayt operativ,128 qiqabayt əlavə yaddaş malik olacaq.
Qeyd edək ki, flaqmanların satışına mart ayının 19-dan etibarən start veriləcəyi bildirilib.
Zeynəb
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


