Samuxda avtomobil piyadanı vuraraq öldürüb
Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, hadisə Çobanabdallıda qeydə alınıb.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Natiq Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

