Samuxda piyadanı avtomobil vurub

Samuxda yolu keçən qadını maşın vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhərin İnstitut qəsəbə sakini, 1968-ci il təvəllüdlü Cəfərova Zərifə İslam qızı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının deməsinə görə, o, yolu keçən zaman avtomobillə vurulub.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

