Samuxda qonşusunu bıçaqlayan şəxs saxlanılıb

Samux rayonunda həmyerlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saatlarında rayonun Ziyadlı kəndində 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov
mübahisə zəminində döş qəfəsindən bıçaqlanıb.
Aparılan araşdırmalar nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

