“Sarrinin qapıçını döyməyə də haqqı çatırdı” – Alan Şirer

“Bu, hörmətsizlikdir. Kepa bu hərəkəti ilə məşqçisini milyonlarla insanın önündə biabır etdi. Üstəlik, bu hadisə Sarrinin böyük təzyiq altında olduğu, klubdan göndəriləcəyi iddialarının olduğu bir vaxtda oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri İngiltərə futbolunun əfsanəsi Alan Şirer “The Sun” nəşrindəki yazısında qeyd edib.

İngiltərə Liqa Kubokunun “Çelsi” ilə “Mançester Siti” arasında ötən gün keçirilən final oyununda London klubunun baş məşqçisi Mauritsio Sarri ilə qapıçı Kepa Arrissabalaqa arasında baş verənlərə münasibət bildirən veteran futbolçu ispaniyalı qolkiperin hərəkətini kəskin tənqid edib: “Sarri oyundan sonra paltardəyişmə otağında Kepanı döysəydi belə, haqlı olardı. Qapıçının bu hərəkəti qarşılığında baş məşqçinin hər şeyə haqqı çatır”.

Xatırladaq ki, Sarri penaltilər seriyasında ehtiyat qolkiper Villi Kabalyeroya güvənmək istəyib. Ancaq Kepa bu qərarla razılaşmayaraq meydanı tərk etməyib. Penalitlər seriyasında isə “Mançester Siti” 4:3 hesablı qələbə qazanıb.

İdman

Nəşr edilib: 2019/02/26 11:11

Baxış: 791


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06