Əsir düşən iki azərbaycanlı hərbçimiz bu gün geri qaytarıldı
Dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi geri qaytarılıb.Bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
O bildirib ki, saxlanılan iki azərbaycanlı bu gün Azərbaycan tərəfə təhvil verilib.
Qeyd edək ki, dekabrın 19-da isə Azərbaycanda saxlanılan 10 erməni hərbçisi Ermənistan tərəfə təhvil verilmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

