Saytlara maliyyə vəsaiti ayrılacaq? – Vüqar Səfərli açıqladı
“Dövlət büdcəsindən bir sıra internet saytlarına maliyyə vəsaitinin ayrılması məsələsi hələlik gündəmdə deyil”. Bu sözləri Sfera.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.
V.Səfərli deyib ki, bu ilin əvvəlində sözügedən məsələ ilə bağlı təkliflər olub: “Biz hər zaman təkliflər veririk, ancaq saytlara dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması məsələsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Dövlət başçısı nəyi məsləhət görəcəksə, lazım biləcəksə, müvafiq addımlar atılacaq və bizdə işimizi görəcəyik. Bu məsələni ölkə başçısı həll edir. Biz onun yerinə söz deyə bilmərik. Ancaq mən bilirəm ki, bu gün gündəmdə elə bir məsələ yoxdur”.
V.Səfərli çap mediasına da dövlət tərəfindən maliyyə yardımının edilməsinin vacib əhəmiyyət daşıdığını söyləyib: “Bu məsələdə birtərəfli çıxış etmək doğru deyil. Bizim ənənəvi media da fəaliyyət göstərməlidir, yaşamalıdır. Sağ olsun, Azərbaycan dövləti də ənənəvi medianın inkişafı üçün lazımı dəstəyi verir”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

