“Semaşko” xəstəxanası bağlandı: Yalnız koronavirus xəstələrini qəbul edəcək
1 saylı Kliniki Tibbi Mərkəz (KTM) yalnız koronavirus xəstələrini qəbul edəcək.
“Minval.info”-un məlumata görə, “Semaşko” kimi tanınan mərkəz fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək.
Artıq mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdiriləcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza məlumatı təsdiq ediblər.
Bu barədə ilk məlumatı Qaynarinfo saytı yayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

