Serebral iflici idi, “Dünyanın ən varlı bloqqeri” oldu – FOTO
Krasnodar şəhərində yaşayan 5 yaşlı qız dünyanın ən çox qazanan bloqqerləri siyahısına daxil olub.
Minval.info axşam.az-a istinadən bildirir ki, “Forbes”in hazırladığı siyahıda üçüncü yeri tutan Nastya Radzinskaya ən çox qonorar alan “YouTube” bloqqeridir.
Serebral iflic xəstəsi olan Nastya 2019-cu ildə 18 milyon dollar qazanıb. O, ailəsi ilə birlikdə ötən il Floridaya köçüb və hazırda orada yaşayır.
Nastyanın “Youtube” kanalında 107 milyon istifadəçi var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

