Serxio Ramos La Liqanın tarixinə keçdi
Real Madrid-in kapitanı Serxio Ramos İspaniya çempionatı tarixinin ən çox qol vuran müdafiəçisi olub.
Minval.info goal.az-a istinadən xəbər verir ki, o, son olaraq La Liqanın 29-cu turunda Real Sociedad-la matçda (2:1)penaltidən fərqlənərək ölkə çempionatında indiyə kimi vurduğu qolların sayını 68-ə yüksəldib. Bununla da, 34 yaşlı müdafiəçi Barcelona-nın sabiq futbolçusu Ronald Kumanı (67 qol) geridə qoyaraq İspaniya çempionatı tarixinin ən çox qol vuran müdafiəçisi olub.
İspaniyanın çempionatının ən yaxşı bombardir-müdafiəçiləri:
1. Serxio Ramos (Real Madrid) – 68 qol (12 – penalti ilə)
2. Ronald Kuman (Barcelona) – 67 (46)
3. Fernando Yerro (Real Madrid) – 51 (19)
4. Roberto Karlos (Real Madrid) – 46 (2)
5. Pirri (Real Madrid) – 45 (16)
XƏBƏR LENTİ
2025/11/19 14:22

