Sevda Yəhyayeva verilişə paraşütlə gəldi, təcili yardım çağırıldı – VİDEO
Müğənni Sevda Yəhyayeva həmkarları Nadir Qafarzadə və Səidə Sultanla “5/5” verilişinə paraşütlə gəlib.
Telekanalın həyətində paraşütdən enən ifaçının halı pisləşib.
Sevda özünü çox pis hiss etdiyini və efirə çıxa bilməyəcəyini deyib:
“İlk dəfə idi belə bir şey oldu. Ürəyim çox pis bulanır. Efirə çıxa bilməyəcəyəm”.
Verilişin aparıcısı Zaur Kamal ona təcili yardım çağırmaq məcburiyyətində qalıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

