Şeydayev “Trabzonspor”un düşərgəsini tərk etdi
Millimizin hücumçusu Ramil Şeydayev müqavilə ilə məxsus olduğu “Trabzonspor”un düşərgəsini tərk edib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı hücumçu başqa klubla danışıqlar aparmaq üçün Qaradəniz təmsilçisindən icazə alaraq düşərgədən ayrılıb.
Onun Avstriyanın “Mattersburq” klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında “Qarabağ”da oynayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

