Seyid Talehdən “2000 manata toylara gedir” xəbərinə REAKSİYA
Dünən saytımızda”Seyid Taleh dini toylara 2000 manata gedir” başlıqlı məqalə dərc etmişdik.
Minval.info xəbər verir ki, bu gün adıçəkilən məddah bununla bağlı reaksiya verib.
O, dolayısıyla qeyd etdiyimiz məbləğ qarşılığında toylarda iştirak etmədiyini bildirib:
“Bu yalanı, bu iftiranı, bu böhtanları inşallah uca Allah öz dərgahında doğruya çevirsin”.
Həmçinin Seyid Taleh Boradigahini məclisinə dəvət edən şəxslər söyləyib ki, ona 2000 manat ödəməyiblər.
Xatırladaq ki, məqalədə bununla yanaşı, məddahın inanclıların etirazına səbəb olan dini musiqi ifa etməsindən bəhs etmişdik.
Həmçinin oxu: Seyid Taleh dini toylara 2000 manata gedir
XƏBƏR LENTİ
2025/11/19 14:22

