Seyid Talehin yeni qalmaqallı şok görüntüləri yayıldı – VİDEO
Son günlər dini camiədə qınaq obyektinə çevrilən Seyid Taleh Boradigahinin yeni videosu yayılıb.
Minval.info xəbər verir ki, onun qalmaqallı görüntüləri sırasına daha biri əlavə olunub. Belə ki, sözügedən videoda mərsiyəxan dini video baxaraq ağlayır və özünü mobil telefonla çəkir. Bu barədə inanclı kəsimin nümayəndələrindən biri məlumat verib.
Onun belə hərəkətə yol verməsi dini camiənin təəccübünə və müzakirəsinə səbəb olub. Bəziləri isə mərsiyəxanın həmin videosunu bütün baş verənlərdən sonra adi hal kimi qiymətləndirib.
Maraqlıdır ki, bu görüntülər Seyid Talehi sevənləri də məyus edib və onlarda şok efekti yaradıb.
Xatırladaq ki, mərsiyəxan çıxışlarına görə tez-tez dindarların qınağına tuş gəlir. Bundan öncə yeni ərsəyə gətirdiyi dini kliplə gündəmə gələn S.Taleh ətrafında söz-söhbətlər hələ də səngimir.


