Sifətindən güllələnmiş gənc qızın İNANILMAZ DƏYİŞİMİ – ŞOK FOTOLAR, VİDEO

Keyt Stubilfild 2014-cü ilin martında öz həyatını sonlandırmaq üçün intihara cəhd edib. O, qardaşının otağına gedərək özünü güllələyib.
Lakin 18 yaşlı qız ağır yaralansa da xəstəxanaya çatdırılaraq həyatı xilas edilib.
Minval.İnfo xəbər verir ki, hazırda 21 yaşı olan qıza yaxınlarda üz köçürülməsi əməliyyatı edilib. Bununla da Keyt ən cavan üz köçürülməsi əməliyyatı edən şəxs kimi tarixə adını yazdırıb.
Onu intihara sürükləyən hadisələr, əməliyyatdan öncə yaşadıqları, ümumi onun hekayəsi “National Geographic” jurnalında dərc olunub.
Keytin valideynləri müəllimədir və bir gün o, evə gələndə valideynlərinin yanına hazırlığa gələn tələbə oğlanla tanış olur.
Bundan sonra oğlanla münasibətləri başlayır. Keyt oğlanı ona xəyanət edərkən tutur.
Qəlbi qırılan qız evinə gedərək intihar edir. Tüfəng ilə özünə atəş açan qız ağır yaralansa da xilas edilə bilir.
Təzəlikcə o, üz köçürülməsi əməliyyatı edib və əməliyyat uğurlu alınıb.
Tamerlan








