Silah anbarında partlayış: 36 ölü, 40-dan çox yaralı
Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Samard kəndində silahla anbarda partlayış baş verib.
Minval.info publika.az-a istinadən xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Suriya müxalifətindəki mənbə bildirib.
Hadisə nəticəsində ən azı 36 nəfər həlak olub, 40-dan çoxu yaralanıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, anbar yaşayış binasının alt mərtəbəsində yerləşirdi və partlayış binanın tam dağılmasına gətirib çıxarıb.
Mənbə qeyd etdi ki, anbar Abu Yazin al-Xoms adlı tacirə məxsus idi. O əlavə edib ki, partlayışın səbəbi hələ müəyyən edilməyib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

