Şimali Koreyanın İtaliyaya sığınan diplomatının qızının zorla Pxenyana aparıldığı iddia edildi

Şimali Koreya rejiminin xaricdə fəalyyət göstərən diplomatlarını müxtəlif üsullarla nəzarət etdiyi dünyada heç kimə sirr deyil.

Lakin bu günlərdə yayılan yeni xəbər Pxenyanın hansı metodlarla çalışdığını gün işığına çıxarır.

İtaliyanın “RAI-News-24” kanalının verdiyi məlumata əsasən, KXDR-in ölkədəki keçmiş səfiri, İtaliyadan siyasi sığınacaq istəyən Ço Son Gilin 17 yaşlı qızı zorla qaçırılaraq ölkəsinə aparılıb.

Şimali Koreyanın İtaliyadakı səfirliyinin müşaviri Kim Çon İtaliya-Şimali Koreya parlamentlərarası komissiyasının sədri Osvaldo Napoliyə göndərdiyi məktubda hadisəni ayrı cür izah edib.

Hazırda səfir səlahiyyətlərini də icra edən Kim Çonun sözlərinə görə, sələfi Ço Son Gil keçən ilin noyabrın 11-də xanımı ilə birlikdə səfrliyinin binasını tərk edib, üstəlik, “psixoloji problemlər yaşayan qızını burada tək qoyub. Qız guya valideynlərinin bir-birilə daima mübahisə etməsindən əziyyət çəkirmiş.

“Özünü atılmış hesab edən yeniyetmə qız onu babası və nənəsinin yanına götürməyi xahiş edib. Heç səfirin özünün də gizlənmək üçün siaysi səbəbləri olmayıb”, – deyə məktubda deyilir.

Ço Son Gilin qızının qaçırılması xəbərini isə ilk dəfə Cənubi Koreyanın “Ryonham” agentliyi məlumat verib. Səfirin özünün harda olduğu isə hələ bilinmir. Onun İtaliyanı da tərk edərək Avropadakı ölkələrdən birində gizləndiyi güman olunur.

Xəbər İtaliyada böyük hay-küy yaradıb. Hətta iqtidar ortağı “5 ulduz hərəkatı” belə baş nazirin müavini və daxili işlər naziri Matteo Salvinidən parlamentdə gəlib vəziyyətə aydınlıq gətiriliməsini tələb eblər. Lakin Salvini ənənəvi kobudluğu ilə başçılıq etdiyi qurumun bu işlə heç bir əlaqəsi olmadığını deyib.

Qızın qaçırılmasını iki il əvvələ qədər KXDR-in Böyük Britaniyadakı səfirliyindən qaçıb Cənubi Koreyaya sığınan keçmiş diplomat Txe Yon Xo da təsdiqləyib.

Dünya

Nəşr edilib: 2019/02/23 15:27

Baxış: 154


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06