Sinəsi ilə gündəm olan Mina görüşdüyü şəxsdən danışdı: “Hələ ciddi deyilik” (FOTOLAR)
Son zamanlar açıq-saçıq fotosessiyası ilə gündəm olmağı bacaran gənc müğənni Mina Hüseyn “Hər şey daxil”in qonağı olub.
Minval.info xəbər verir ki, verilişin aparıcısı Tarix Əliyev (Tolik) gənc ifaçıya “Mina, sən bu şəkilləri çəkdirəndə ürəyindəki insandan icazə aldın?” sualı ilə müraciət edib.
Minanın cavabı hər kəsi təəccübləndirib:
“Toy olmadı. Mənim hələ 25 yaşım var. Ailə həyatı haqqında fikirləşmirəm. Ötən verilişinizdə demişdim həyatımda insan var. Amma ciddi münasibət yox idi. O adamla evlənib-evlənməyəcəyimi də hələ bilmirəm. Bunu gələcək göstərəcək”.
XƏBƏR LENTİ
2025/11/19 14:22





