Şirvanda avtomobilin vurduğu piyada xəsarət aldı

Şirvan şəhərində 51 yaşlı qadını avtomobil vurub.
Minval.info xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri, H.Əliyev prospektində qeydə alınıb.
“VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızını vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

