Şirvanda maşın yaşlı qadının üzərinə aşıb, ölən və yaralanan var – FOTO-VİDEO

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı “10-ZP-823” dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.
Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Minval.İnfo







XƏBƏR LENTİ
2025/11/19 14:22

