Siyasətçi, məmur və nazirlərin musiqi qabiliyyətləri – VİDEOLAR
Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. Bu sözlər qədim çin filosofu və mütəfəkkiri Konfutsiyə məxsusdur.
Musiqi siyasət ilə “ortaq”dır. Hər nə qədər absurd görünsə də, tarixə nəzər salsaq, bu fikrə haqq qazandıra bilərik. Məsələn, xristian kilsəsinin öz minillik hakimiyyətini qorumaq üçün dini musiqidən istifadə etməsi, Sovet hakimiyyəti qurulduğu illərdə təbliğat məqsədilə kütləvi sovet mahnılarının yayılması, Hitlerin işğal etdiyi ölkələrin çoxunda lirik və dramatik musiqilərin səslənməsini qadağan etməsi və s bu kimi nümunlər gətirmək mümkündür.
Elə mövzu musiqidən düşmüş ikən Minval.info məşhur həm yerli, həm də xarici “musiqili siyasət xadimlərini” təqdim edir.
Dünyanın ən tanınmış siyasətçilərindən sayılan İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin əsas hobbisi mahnı oxumaqdır. O, İtaliyanın baş naziri postundakı son günündə 3-cü albomunu (Il Vero Amore – Əsl məhəbbət) buraxdırıb.
ABŞ-ın 42-ci prezidenti Bill Klintonun saksafondakı məharəti çoxlarına məlumdur.
Rusiyanın Prezidenti Vladimir Putinin pianinoda möhtəşəm solo ifası hələ də xatirələrdədir.
ABŞ-ın sabiq prezidenti Barak Obama da gənclik illərində repə böyük maraq göstərib.
Həmçinin Azərbaycanın da yerli siyasət xadimləri və məmurları arasında musiqi ilə yaxından maraqlanan simalar var.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi general-leytenant Mədət Quliyevin gitarada ifası və mahnı oxuması ən çox danışılan hadisələrdən olub. O, dövlət xadimi olmaqla yanaşı, idmana və incəsənətə də çox bağlı insandır.
Sıralamada Azərbaycanın Rusiyadaki səfiri Polad Bülbüloğlunun adını qeyd etməsəydik, yəqin ki, ayıb olardı. O da musiqi dünyasından siyasətə atılan dövlət xadimlərimizdəndir.
Həmçinin, Azərbaycanın fövqaladə hallar naziri Kəmaləddin Heydərovun bəstəkarlıq fəaliyyətindən xəbərsiz olan demək olar ki, yoxdur. Azərbaycanın bir çox tanınmış sənətçiləri nazir-bəstəkarın bəstələdiyi mahnıların ifaçıları olublar. Bu sənətçilər arasında Alim Qasımov, Flora Kərimova, ilhamə Quliyeva, İlqar Muradov, Aygün Kazımova, Zülfiyyə Xanbabayevanı, Röyanı və başqalarını nümunə göstərmək olar. “Kamal” imzası ilə bəstəkarlıq edən nazir bir çox sevilən musiqilərin müəllifidir.
Hər kəs onu ciddi, sərt biri kimi tanısa da, musiqiyə bağlı, musiqini ürəkdən hiss edə bilən ən önəmli şəxsiyyətlərdən biri də Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev idi. Azərbaycan mahnılarına duymuş olduğu sonsuz və dərin sevgi zaman-zaman onu bu mahnıları zümzümə etdirməkdən də çəkindirmirdi.
Leyla Əfqan

