“Siyasi mesajlara görə məni səhnədən düşürdülər” – Mina
Müğənni Mina Hüseyn “Hər şey daxil” verilişində qonaq olub.
Minval.İnfo xəbər verir ki, verilişin aparıcısı Tarix Əliyev (Tolik) ifaçıya “Mina, sən bu şəkilləri çəkdirəndə ürəyindəki insandan icazə aldın” sualı ilə müraciət edib. Aparıcının sualından sonra Mina ilk dəfə şəxsi həyatından danışıb:
“Ötən verilişinizdə demişdim həyatımda insan var. Amma toyum olacağını deməmişdim. Hələ ki, toy gündəmdə deyil. amma sevdiyim şəxs var. Mənim hələ 25 yaşım var. Vaxtımı işlərimə həsr edirəm. Həyatımdakı şəxslə ailə qurub-qurmayacağımızı zaman göstərəcək. Hər şey qismətdən asılıdır”
Mina konsertdə çıxılmaz vəziyyətə salındığını da açıqlayıb:
“Bir konsertdə idim, məndən xahiş etdilər ki, “Hər şey istəyirəm” mahnısını oxuyum. Orada dövlət məmurları vardı. Sonra mahnını yarımçıq kəsib, məni aşağı düşürdülər. O mahnıda siyasi mesajlar var deyə belə addım atdılar“.
Minval.İnfo

