“Siyasi partiyalar haqqında” qanunda dəyişiklik ediləcək – Sərəncam imzalandı
Ölkə başçısı İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, dəyişikliyə görə, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilib:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır”.
Prezident həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda da dəyişiklik edib.
Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır”.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

