Siyavuş Novruzov: “Bağışlamaq hüququ Allaha və ölkə başçısına məxsusdur”
“Bağışlamaq hüququ Allaha və ölkə başçısına məxsusdur”.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, hər bir millət vəkili amnistiya təşəbbüsü ilə çıxış edə bilər: “Bağışlamaq hüququ Allaha və ölkə başçısına məxsusdur. O zaman builki əlamətdar hadisələri nəzərə alaraq, ölkə başçısından bu təşəbbüsü öz üzərinə götürməyi xahiş edək. Bu, həm AXC-nin 100 illiyinə, həm də Ulu Öndərin 95 illiyinə verilən qiymət ola bilər”.
S.Novruzovun sözlərinə görə, bu amnsitiya faktı digərlərindən fərqlənməlidir: “Hesab edirəm ki, bir neçə məsələdə bu akt fərqli olmalıdır. Amnistiya aktının əhatəsi prinsip etibarı geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə, yaşı 60-dan yuxarı olan qadınlara, həmçinin himayəsində azyaşlı uşaqları olanlara, yaşı 70-dən yuxarı olan bütün kişlərə, radikal cərəyanlara qoşulmayan dindar şəxslərə, müxtəlif müxalifət radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb bilmədən cinayət törədən gənclərə tətbiq oluna bilər. Bu gün ATƏT-də, NATO-da, AŞPA-da müəyyən qruplar var ki, müxtəlif bəhanələr haqqında ölkəmizin inkişafına kölgə salmağa çalışırlar. Hesab edirəm ki, amnistiya aktı bu məsələlərə də son qoya bilər”. SİA

