Siyavuş Novruzov: “Bu təşkilat artıq ölüb, onun fatihəsini vermək lazımdır”

Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki çıxışında Cəlil Məmmədzuluzadənin “Ölülər” əsərinə xitab etdi. O bildirdi ki, görünür, ATƏT-in Minsk Qrupunun həmsədrləri həmin əsəri oxuyub, ölü diriltməyə çalışırlar: “30 il ərzində barmağını barmaq üstünə qoymayan bu təşkilat yenidən Qarabağ məsələsilə məşğul olmaq iddiasına düşüb. Bizdə məsəl var: “Özünə umac ova bilməyən başqasına əriştə kəsir”. Öz aralarında üçüncü dünya müharibəsini başladan bu ölkələr başqa ərazidə ədalətli sülhə töhvə verəcəklərini iddia edirlər. Bu üç ölkə arasında həm hərbi, həm mənəvi, həm hüquqi, həm iqtisadi müharibə gedir. Hətta prezidentlər bir-birini təhqir edir. Belə olan halda biz necə gözləyə bilərik ki, onlar öz aralarındakı münaqişəni bitirib, gələcəklər Qarabağ məsələsini həll edəcəklər”.

S.Novruzov dedi ki, vaxtilə səfir olan, neft biznesilə məşğul olan Kozlariç deyir mən ATƏT-in Minsk Qrupunu dirildəcəyəm: “Elə sənin vaxtında da bu qurum var idi də, niyə həll olunmadı məsələ? Bu təşkilat artıq ölüb, artıq onun fatihəsini vermək lazımdır, bununla da məsələyə nöqtə qoyulmalıdır”.

Ölkə, Vacib

Nəşr edilib: 2022/07/08 11:47

Baxış: 60


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06