“Sizə qurban kimi müraciət edirəm…” – Qaşıqçının nişanlısından şok sözlər
Mənim adım Xədicə Çingizdir. Sizə burada bir qurban kimi xitab edirəm. Camal Qaşıqçının öldürülmə əmrini kimin verdiyi bilmək istəyirəm.
Minval.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz BMT-nin İnsan Haqları üzrə Komitəsində çıxışı zamanı deyib.
BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardın Qaşıqçı cinayətinə dair hazırladığı hesabata toxunan Xədicə Çingiz qeyd edib ki, hesabat beynəlxalq istintaqın aparılmasının vacibliyini ortaya qoyur:
“Qaşıqçının nəşinin harada olduğunu bilmək istəyirəm. Hərəkətə keçməyinizi gözləyirəm. Kallamardın dediyi kimi sanksiyaların vaxtı gəlib çatdı.
Cinayətin arxasındakı şəxslər və bunu ört-basdır edənlər layiqli cəzasını almalıdır. Tarix həqiqətə sadiq qalanları və qalmayanları yadda saxlayacaq”.

