“Sizin kimi cücələr…” – Şəbnəmdən kişi həmkarına sərt sözlər
“Nədən bilmirəm, bəzi kişi müğənniciklər xanım həmkarına şərait yaratmağa can çəkir. Düşünürlər ki, Şəbnəm qazanacaq, onlar pulsuz qalacaq”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə yazıb. O, ad çəkmədən kişi həmkarının ünvanına sərt fikirlər səsləndirib:
“Ayıbdır, ayıb. Bu aləm monopoliya imiş, xəbərim yoxmuş. Amma Allahın açdığı qapını sizin kimi cücələr bağlaya bilməz. Hələ tez-tez görüşəcəyik. Məni görəndə şəkil çəkdirin ki, bəlkə xalqın sevgisini qazandınız, sevildiniz”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

