Slovakiya – Azərbaycan matçının vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
“Minval.info” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda oktyabrın 8-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü pillədə qərarlaşıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

