Slovakiya millisinin Bakıya gələcək heyətində dəyişiklik edilib
Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Slovakiya yığmasının heyətində dəyişiklik edilib.
APA-nın məlumatına görə, İordaniya ilə dünən keçirilən yoxlama oyunundan sonra 5 futbolçu heyətdən kənarlaşdırılıb.
Bunlar Dominik Qreyf, Lukaş Ştetina, Martin Xrien, Samuel Mraz və Laslo Benesdir. Bu oyunçular iyunun 11-də Bakıda Azərbaycan yığması ilə keçiriləcək qarşılaşmaya hazırlığı davam etdirən heyətdən çıxarılıb.
Baş məşqçi Pavel Hapal öncədən açıqladığı 29 nəfərlik heyətdən 6 futbolçunu çıxaracağını bəyan etmişdi. Lakin təcrübəli mütəxəssis beş oyunçudan imtina etməklə kifayətlənib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

