ƏƏSMN 7 mln manatlıq reabilitasiya vasitələri alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus Protez-Ortopedik Bərpa Mərkəzi protez-ortopedik məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilər, xammal-materiallar və eləcədə bir sıra hazır reabilitasiya vasitələri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Minval.info” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Metiz-İmpeks” MMC-dir.
Qalib şirkətə 7 milyon 042,1 min manat ödəniləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

