Soçi görüşü: 15-ci bənd sülhə mane olur – Partiya sədri

“Sanki Brüssel Moskva və Vaşinqton arasında Qarabağla bağlı kimin öndə olması, kimin bu məsələni həll etməsi uğrunda mübarizə gedir”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Soçi görüşünü dəyərləndirən millət vəkili, bundan əvvəlki görüşlərin mövcud münaqişəni aradan qaldırmaq yönündə daha uğurlu addım hesab etdiyini deyib:

“Əslində Vaşinqton planı və Brüssel formatı Ermənistan-Azərbaycan münaqişəsini sonlandırmağa doğru yaxşı bir addım idi. Çünki Brüssel və Vaşinqtonun bu məsələlərdə daha neytral olduğu düşüncəsindəyəm. Amma Rusiya bu coğrafiyaya özünün nüfuz dairəsi kimi baxır. Qarbağ münaqişəsi, Ermənistan-Azərbaycan münaqişəsi, sərhədlərin delmitasiyası məsələsində Rusiyanın öz maraqları var. Bu baxımdan Soçi görüşündən müsbət nə isə gözləmək bir qədər çətindir. Bilirəm ki. çox gərgin və çətin bir görüşdür. Rusiyanın təqdim etdiyi 15 bəndlik təklifin 15-ci bəndində Qarabağın gələcəkdə statusunun müzakirə olunması məsələsi də var. Düzdür, Azərbaycan artıq bu barədə öz qəti cavabını verib. Bildirib ki, heç bir halda masada belə bir sənəd ola bilməz. Qarabağ artıq Azərbaycan ərazisidir və heç bir müzakirədən söhbət gedə bilməz”.

Millət vəkili həmçinin qeyd edib ki, Rusiya status-kvonun saxlanılmasında maraqlıdır:

“Rusiya bu günə qədər həmişə Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini, Qarabağın Azərbaycan ərazisi olduğunu deyir. Rusiyanın bu fikrindən geri çəkilməsi geriyə atılmış bir addım olardı. Azərbaycan sülh müqaviləsini bağlamağa hazırdır. Çünki Azərbaycan status-kvoda maraqlı deyil. Amma təəssüflər olsun ki, Rusiya sanki status-kvonun saxlanılmasına çalışır. Bu həm Azərbaycan üçün, həm Ermənistan üçün yolverilməzdir”.

Millət vəkili hesab edir ki, hazırkı vəziyyətdə Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delmitasiyasına töhvə verməlidir:

“Rusiya əgər münaqişənin həllini istəyirsə, birmənalı olaraq Azərbaycan- Ermənistan sərhədlərinin delmitasiyasına töhvə verməli və məsələ də bununla bitməlidir. Eyni zamanda 5 il sonra rus sülhməramlıları Qarabağı tərk etməlidir. Çünki rus sülhməramlılarının həmin ərazidə qalması orada olan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına maneəşilik törədir. Onların ayağının altına daş qoymuş olur. Bu baxımdan Rusiya bu məsələlərdə daha səmimi davranmalıdır. Cənab Prezidentin də bütün səyləri buna yönəlib. İstər Vaşinqton olsun, istər Moskva, istərsə də Brüssel danışıqları, Azərbaycan üçün vacib olan Ermənistanla münaqişəsinin həll olunması və sərhədlərin müəyyənləşdirilməsidir. Kim buna töhvə verirsə, Azərbaycan sülh müvailəsini imzlamağa hazırdır”.

Gündəm, Vacib

Nəşr edilib: 2022/10/31 16:19

Baxış: 105


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06