Son 8 ildə Türkiyədə baş verən terror aktları- SİYAHI
Xəbər verdiyimiz kimi, noyabrın 13-də Türkiyənin İstanbul şəhərində baş verən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Hazırda həbs olunan qadın terrorçunun ifadə verildiyi açıqlanıb.
Bakupost.az xəbər verir ki, İstiqlal küçəsində baş verən terror 2015- ci ildən bəri Türkiyədə törədilən16-cı terror hadisəsidir. Bu terror aktlarının 3- ü 2015-ci ildə, 8-i 2016-cı ildə, 2-si 2017-ci ildə, 2-si isə 2019-cu ildə törədilib.
Son 8 ildə törədilən terror zamanı 335 nəfər həlak olub, 814 nəfərdən çox insan müxtəlif dərəcəli xəsarət alıb.
2015-ci ildən bəri Türkiyədə baş verən terror hadisələrinin xronologiyasını təqdim edirik:
2015-ci il, iyul – Türkiyənin cənub-şərqində yerləşən və Suriya ilə həmsərhəd olan Suruç şəhərində partlayış baş verib. Ən azı 30 nəfər ölüb, 81 nəfər yaralanıb.
2015-ci il, avqust – İstanbul Polis İdarəsi yaxınlığında partlayış baş verib. 5 polis və 2 mülki şəxs yaralanıb.
2015-ci il, oktyabr – Türkiyənin paytaxtı Ankaranın mərkəzində iki partlayış baş verib. Ən azı 95 nəfər ölüb, 200 nəfər yaralanıb.
2016-cı il, fevral – Ankarada minalanmış avtomobil partladılıb. 28 nəfər ölüb, 60 nəfər yaralanıb.
2016-cı il, mart – Ankarada minalanmış avtomobil partladılıb. 37 nəfər ölüb, 70 nəfər yaralanıb.
2016-cı il, mart – İstanbulun mərkəzində, Taksim meydanı yaxınlığında İstiqlal küçəsində partlayış baş verib. 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
2016-cı il, iyun – İstanbulun Atatürk Beynəlxalq Hava Limanı terror aktına məruz qalıb. 41 nəfər həlak olub, 239-a yaxın insan yaralanıb.
2016-cı il, avqust – Türkiyənin cənub-şərqində, Türkiyə-Suriya sərhədində yerləşən Qaziantap şəhərində kamikadze toy mərasiminin iştirakçılarına hücum edib. 50-dən çox insan həlak olub, olarla insan yaralanıb.
2016-cı il, oktyabr – Türkiyənin cənub-şərqində yerləşən Hakkarii əyalətindəki hərbi bazada minalanmış avtomobil partladılıb. Ən azı 18 nəfər ölüb.
2016-cı il, noyabr – Türkiyənin cənub-şərqində kürd yaşayış məntəqələrindən birində partlayış baş verib. Bomba yüklü avtomobil partladılıb. 9 nəfər ölüb. Məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
2016-cı il, dekabr – İstanbulda partlayış baş verib, nəticədə əksəriyyəti polis olmaqla 38 nəfər ölüb, 160-dan çox insan yaralanıb.
2017-ci il, yanvar – İstanbulda gecə klublarından birində partlayış olub. Ən azı 39 nəfər ölüb. Onlarla insan yaralanıb.
2017-ci il, yanvar – İzmirdə ədliyyə binası yaxınlığında partlayış baş verib. Türkiyənin Ege dənizi sahilində yerləşən bu şəhərinin valisinin açıqlamasına görə, biri polis olmaqla 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
2019-cu il, iyul – Türkiyənin cənubunda, Suriya sərhədi yaxınlığında yerləşən Reyhanlı şəhərində partlayış baş verib. Ən azı 3 nəfər həlak olub. Bomba yüklü avtomobil partladılıb.
2019-cu il, sentyabr – Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində əldəqayırma bomba partladılıb. 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayış kənd sakinlərini daşıyan avtomobil yolun minalanmış hissəsindən keçərkən baş verib.

