Son anda ölümdən qurtulan məşhurlar – Narkotik, qəza, koma… (FOTOLAR)
Eminem
Rep musiqisinin əfsanəvi simalarından Eminem populiyarlıq qazandıqdan sonra narkotik vasitələrin aludəçisinə çevrilmişdi. Yüksək dozada istifadə etdiyi “metadon” maddəsindən dolayı xəstəxanalıq olan Eminem ağır şəraitdə komaya düşdü. 2 saatlıq koma vəziyyətindən sonra həkimlərin belə həyatda qalmasına ümid etmədiyi məşhur repçi möcüzə nəticəsində ayılmağı bacarmışdı.
Şeron Stoun
Məşhur amerikalı aktrisa Şeron Stoun Braziliyada qatıldığı konfransda çıxışı zamanı səhətinin anidən pisləşməsi nəticəsində xəstəxanaya aparılıb. Aktrisa beyin damarlarından birinin partlaması nəticəsində iflic oldu. Ölüm və həyat arasında ağır günlər keçirən gözəl aktrisa xəstəliyinə qalib gələrək sağalmağı bacardı.

Mixail Şumaxer
“Formula-1” yarışlarının canlı əfsanəsi Mixail Şumaxer 2013-cü ildə, Fransanın Alp dağları ərazisində xizəklə sürüşərkən keçirdiyi qəza nəicəsində komaya düşdü. Məşhur alman pilot 5 il sonra gözlənilmədən komadan ayıla bildi. Həkimləri Şumaxerin sağalmasının böyük bir möcüzə olduğunu bildirdilər.
İbrahim Tatlıses
Türkiyəli məşhur sənətçi İbrahim Tatlıses qonaq olduğu verilişlərin birindən ayrılarkən şəxsi ədavəti olduğu deyilən bir nəfər tərəfindən vurulub. Başından aldığı güllə yarasından ciddi xəsarətlərlə xəstəxanaya çatdırılan məşhur müğənni uzun müddət ölümcül halda olsa da, sağala bildi. Sənətçinin pərəstişkarları onun yenidən səhnəyə qayıtmasını “Allahın möcüzəsi” kimi qarşıladı.
Kristiano Ronaldo
Portuqaliyalı dünya ulduzu Kristiano Ronaldo “Mançester Yunayted” kariyerası dövründə ağır yol qəzası keçirmişdi. Yüksək sürətlə hərəkət etdiyi zaman yol kənarındakı divara çırpılan məşhur futbolçu ağır qəzadan sağ qurtulmağı bacarmışdı. Ronaldo sonralar verdiyi müsahibələrdə bu hadisəni unutmağa çalışdığını, lakin qəzanın onda böyük izlər qoyduğunu qeyd etmişdi.
Elizabet Teylor
Keçmiş “Hollywood” əfsanəsi Elizabet Teylor həyatı boyu bir-neçə dəfə ölüm təhlükəsi ilə üz-üzə qalmışdı. Buna baxmayaraq 79 yaşamağı bacaran aktrisa tez-tez eyni vaxtda yüksək dozada qəbul etdiyi narkotik vasitə və spirtli içki nəticəsində ölümdən son anda xilas olmağı bacardı. Ömrü boyu müxtəlif xəstəliklərlə də mübarizə aparan aktrisa bunlara qalib gələ bildi.
Nazim Hacıyev
Minval.info






