SON DƏQİQƏ! Azərbaycan FHN Laçına öz yanğınsöndürənlərini göndərdi
Azərbaycan FHN Laçın şəhərinə öz yanğınsöndürənlərini göndərib.
Musavat.com xəbər verir ki, bu barədə videomateriallar Ermənistanın telegram kanallarında yayılıb.
Videodan və şərhlərdın belə anlaşılır ki, Azərbaycan bu cəsur addımı yaxın günlərdə ordumuza təhvil veriləcək Laçını qəsdən yandırılmaqdan qorumaq üçün atıb.
Erməni telegram kanalları bu barədə yazır:
“Bu günlərdə şəhər Azərbaycana təslim olandan sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib. Ona görə də Berdzora (Laçının adını erməni dilində belə yazırlar) yanğınsöndürənlər göndərilib. Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəlib”.
Musavat.com diqqəti ona çəkir ki, yanğınsöndürən maşınların üzərinə “FHN FÜZULİ” yazılıb. Bu da ona dəlalət edir ki, yanğınsönürənlər FHN-in Füzuli şöbəsinə məxsusdur.

