Bakıda iki kişi intihara cəhd edib – VİDEO
Bakıda iki kişi intihara cəhd edir.
“Minval.İnfo”nun məlumatına görə, şəhərin Nizami rayonunda iki nəfər avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd edir.
Onların niyə intihara cəhd etdiyi hələlik məlum deyil.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerindən “Minval.İnfo”ya göndərilən görüntüləri təqdim edirik:
12:55
İntihara cəhd edən iki nəfərdən biri xilas edilib.
Avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar edəcəyini bildirən şəxslərdən biri aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub.
Hazırda digər şəxsin intihara cəhdinin qarşının alınması istiqamətində tədbirlər görülür.
Paşa Sadıqlı
Minval.İnfo


