SON DƏQİQƏ! İranla sərhəddə DSX-nin MAXE-ləri saxlandı: Narkotik yığırmışlar

Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.

DSX-dan “Minval.info”ya verilən məlumata görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə giz­lədilmiş dörd bağlama aşkar olunub.

Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət mar­şrut­ları nəzarətə götü­rülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olun­ub. Saat 20 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən dörd nəfər sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müd­dət­dən artıq hərbi qulluqçuları olmaları müəyyən edil­ib. Fakt üzrə həyata keçirilmiş təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon sakini, 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram marixuana, 7 kq 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.

Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respubli­kasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə, Vacib

Nəşr edilib: 2022/07/22 13:09

Baxış: 73


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06