Bakıda məşhur restoran yanır – YENİLƏNİB

Xocalı prospektində yerləşən məşhur “Sumax” restoranı yanır.
Minval.İnfo xəbər verir ki, yanğın havalandırma sistemində yaranan elektrik probleminə görə baş verib.
Əraziyə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub. Restoran yaşayış binasında yerləşdiyi üçün sakinlər təxliyə edilib. Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.
20:36
FHN-dən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

