SON DƏQİQƏ: Bakıda supermarketdə yanğın
Bakıda fəaliyyət göstərən supermarketlərdən birində güclü yanğın baş verib.
Minval.info xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart”da qeyd alınıb.
Saytımıza açıqlama verən supermarket əməkdaşı yanğının havalandırma sisteminda baş veridiyini söyləyib. Onun sözlərinə görə, hadisə ciddi problemlərə yol açmayıb.
Yanğın supermarketin əməkdaşları tərəfindən söndürülüb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

