Son ümid: köhnə palan içi eşmək və əski yazılara “ağır sözlər” əlavə etmək

Mandatdan ümidi kəsilmiş Ümid partiyasının sədri İqbal Ağazadənin yaxın adamlarından olan Tamilla Qulami sosial mediada vaxtilə “Yeni Müsavat”da dərc olunmuş yazıların başlıqlarına və məzmununa dair qeydlər yazaraq hakimiyyətə çağırış edir ki, 2003-cü ildə bu cür yazılar yazan adama mandat vermək düzgün deyil. 

T.Qulami hətta hakimiyyəti şantaj da edir: “İndi belə birini sabah hakimiyyət mandatla mükafatlandırarsa, deməli, deyilənlərə və daha artığına layiqdirlər”.

Görün, bunların əlacı hansı səviyyədə kəsilib və mandat qazanmaq ehtirası gözlərinin necə tutub ki, el arasında “axırıncı yol” adlanan yola gedirlər.

İndiyəcən “seçici mənim tərəfimdədir, seçkilərin qalibi özüm olacağam” deyə guruldayan bunlar deyildimi? İndi kiminsə “mandatla mükafatlandırılacağı”ndan danışaraq, seçki prosesinin şəffaflığını, dürüstlüyünü şübhə altına alırlar.

T.Qulaminin iqtibas etdiyi sətirlərə gəlincə, keçmiş dönəmlərdə “Yeni Müsavat”da dərc olunmuş ayrı-ayrı yazılardan iqtibaslar edilməsi ilk dəfə deyil. Ölkə mediasında belə bir trend çoxdan var. Ancaq bəziləri həmin yazıların içinə özlərinə sərf edən “ağır sətirlər” əlavə edir, sonra onu təzədən dərc edirlər. İlk baxışdan yazının başlığı, mövzusu, girişi, çıxışı, hər şey identikdir. Ancaq diqqətlə tutuşduranda məlum olur ki, yazının ortalarından bir yerinə olduqca sərt, daha dəqiqi, təhqiramiz ifadələr yerləşdirilib. Orijinalda isə elə fikirlər yoxdur.

Bunu vaxtilə Fərəməz Allahverdiyev adlı hərəkatçı, sonradan jurnalist olmuş, bir neçə dəfə həbsdə yatmış şəxs ayrı-ayrı qəzetlərdə edirdi. Məsələn, o, keçmiş əməkdaşımız Aynur Camalqızının, hazırda da “Yeni Müsavat”da köşə yazan Xalid Kazımlının, baş redaktorumuz Rauf Arifoğlunun yazılarına əlavələr edir, onları başqa qəzetlərdə təkrar dərc etdirir, başqa bir yazısında isə həmin yazılardan sitat gətirərək hakimiyyətə çağırış edirdi ki, bu adamları niyə cəzalandırılmır.

Onun bu cür fəaliyyətindən cana doyan “Yeni Müsavat” rəhbərliyi axırda hüquq-mühafizə orqanlarına şikayət etməli oldu, adamın özünü cəzalandırdılar.

İndi Tamilla Qulami eyni yolu gedir. Hədəfdə isə Rauf Arifoğludur. Çünki R.Arifoğlu onun sədri ilə rəqibdir.

Fərəməz Allahverdiyevin “Yeni Müsavat”ıa ədavəti şəxsi-qərəz səciyyəsi daşıyırdısa , Tamilla Qulamini partiyasının sədri İqbal Ağazadənin əlinə oynayır, onun mandat qazanması üçün ağla gələn, gəlməyən hər yola əl atır. Ümidçilərin içində özünü ən çox, jarqonla desək, “lezvalayan” məhz bu qadındır.

O biri ümidçilər də gah qatı müxalifətçi olur, gah da bu cür, özlərini iqtidar qoruqçusu kimi göstərməyə çalışırlar.

Bütün bu köhnə palan içi eşmələr, əski yazılardan “əlavəli” iqtibaslar etmələr, üzə durmalar, haray-həşirlər, vay-növsələr ondan ötrüdür ki, Ağazadə mandat qazanmayacaqsa, Arifoğlu da qazanmasın.

Hazırda Ümid partiyasının üzvlərinin durumu aldadılmış keçəlin durumuna oxşayır. Belə bir lətifə var. Bir keçəli aldadırlar ki, bəs onun başının dərisini soyub nağara düzəldəcəklər. Keçəl qaçır, adamlar da bunun dalınca düşür. Axırda keçəl yerdən bir şüşə qırığı tapır, çalın-çarpaz şəkildə başına çəkib dərisini yaralayır və qışqırır: “Qoy nə sizin olsun, nə də mənim”.

P. S. “Yeni Müsavat” qəzeti gələn həftə növbəti dəfə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edəcək. Dövlət rəhbərlərini ağır şəkildə təhqir edən, bu zaman qəzetimizin adını  əsassız olaraq böhtana salan T. Qulamidən və bu əməli edən digərlərindən şikayətçi olacağıq.

Musavat.com

Seçki

Nəşr edilib: 2020/02/09 10:00

Baxış: 107


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06