Sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar 10 faiz artıb

2021-ci ilin yanvar-avqust aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 226,6 mln. manat və ya 10,0% artıb.
Bu barədə Minval.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,9 mln. manat və ya 5,4%, qeyri-büdcə təşkilatlarında isə 141,2 mln. manat və ya 9,9% artım qeydə alınıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

