“Spotify”da Röyalar yarışdı

Dünyaca məşhur “Spotify” striminq xidməti ötən il azərbaycanlılar arasında ən çox dinlənilən mahnıların adlarını açıqlayıb.
Minval.info 2021-ci ildə Azərbaycanda ən populyar 10 mahnını təqdim edir:
1. Madrigal – Seni Dert Etmeler
2. Lil Nas X – Montero (Call Me By Your Name)
3. Sefo – Bilmem Mi?
4. Måneskin – Beggin
5. BTS – Butter
6. Masked Wolf – Astronaut In The Ocean
7. Ezhel – Bul Beni
8. Måneskin – I wanna be your slave
9. EDIS – Martılar
10. UZI – Krvn

“Spotify”ın yekun illik reytinqində 75 trek yer alıb ki, onların da əksəriyyəti xarici sənətçilər tərəfindən ifa olunur
Siyahıda azərbaycanlı sənətçilər də yer alıb. Onlar Hiss (red – Röya) (23-cü yer), Orxan Zeynallı və Röya Miriyeva (29-cu yer), Epi & RZZA (32-ci yer), Miro (33-cü yer), Rüzgar (37-ci yer) və Azərbaycanın Xalq artisti Röya Ayxandır (42-ci yer).
Qeyd edək ki, siyahını 1news.az-a “Spotify”ın mətbuat xidməti təqdim edib.
Nərminə Aydınqızı

