“Starbucks” işçisinin kobud səhvinə görə 8 min filialını bağlayır
“Starbucks”-ın 8 min filialı bağlanacaq
Ötən həftə məşhur qəhvə şəbəkəsi “Starbucks”-ın ABŞ-ın Filadelfiya şəhərində yerləşən filialında iki qaradərili şəxsə qarşı hörmətsizlik olmuşdu.
Kafenin işçisi polis çağıraraq qaradərili müştərini məkandan çıxartdırmışdı. Bundan sonra “Starbucks”-a qarşı irqi ayrı-seçkilik etdiyi üçün etirazlar yüksəlmişdi.
Minval.info xəbər verir ki, “Starbucks” bu hadisədən sonra 8 mindən çox filialını bir günlük bağlamaq qərarı alıb. Belə ki, ABŞ-da yerləşən bütün filiallar 29 mayda bağlanacaq və işçilərə irqçiliyə qarşı aid dərslər keçiriləcək.
Qaradərili şəxslərə qarşı mənfi münasibət göstərilməsi məşhur şirkətin imicinə zərər vurub və bir çox fəal “Starbucks”-u boykot etməyə səsləyib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

