Stoltenberqdən TÜRKİYƏ AÇIQLAMASI – NATO ölkələri səfərbər olub
NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub.
Musavat.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq açıqlayıb.
Stoltenberq Türkiyə ilə həmrəy olduqlarını və Türkiyə lideri ilə əlaqə saxladığını bildirib:
“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.
Musavat.com
XƏBƏR LENTİ
2025/11/19 14:22

