Su ilə sirkəni səhv saldı – Zəhərləndi
Minval.İnfo xəbər verir ki, 21 yaşlı gənc, su əvəzinə sirkə turşusu içib.
Hadisə şəhərin 76-cı məhəlləsində baş verib. Belə ki, ötən gecə sözügedən ünvanda Sumqayıt şəhər sakini 21 yaşlı Vasin İsgəndərov su içmək məqsədi ilə mətbəxə keçib. Masanın üstündə olan sirkə mayesini qaynamış su bilib və içib. Bir neçə saniyə sonra nə içdiyini fərqinə varanda isə artıq gec olub. Zəhərlənən gənci yaxınları tez Sumqayıt şəhər TTYX-na çatdırıblar.
Xəstəyə dərhal müdaxilə edilib. Ancaq onun vəziyyəti ağırlaşdığından əlavə həkim briqadası çağrılıb. Bir neçə saatdan sonra Vasin İsgəndərovun vəziyyəti normallaşıb.
Faktla bağlı araşdırmalar aparılır.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


