Su kanaldan qadın meyiti tapıldı – Tanınmaz hala düşüb
Saatlı rayonu ərazisindən keçən Sabir su kanalından qadın meyiti tapılıb.
“Report”un Mil-Muğar bürosunun məlumatına görə, meyit tanınmaz halda olduğundan onun şəxsiyyəti məlum deyil.
Qadının cəsədi sudan çıxarılaraq rayon morquna təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

