Sükan arxasında telefonla oynadı, ağır qəza törətdi – VİDEO
Bakıda daha bir ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında, aeroport yolunda baş verib.
Sükan arxasında telefona başı qarışan avtomobilin sürücüsü yüksək sürətlə “VAZ-2107” markalı avtomobili arxadan vurur.
Bu zaman idarəetməni itirərək sağ zolaqla hərəkətdə olan avtobusa çırpılır və onu yoldan çıxadır.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

